Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2023 23:34
Türkiyədə daş karxanasının işçilərini daşıyan avtomobil aşıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Karaman vilayətində avtomobil 20 metr yükəsklikdən dərəyə aşıb.
İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.
Hadisə yerinə jandarma və sağlamlıq qrupları cəlb edilib.
Yaralı təcili yardımla Karaman Dövlət Xəstəxanasına aparılıb.