Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2023 07:44
"Rusiya böyük ehtimalla "Vaqner" muzdlu hərbi təşkilatını başqa hərbi təşkilatla əvəz etmək niyyətindədir".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.
Qeyd olunub ki, bu, Rusiya Müdafiə Nazirliyi ilə "Vaqner" muzdlu qrupu arasında çəkişmələrlə bağlıdır:
"Rusiya hərbi rəhbərliyi, yəqin ki, ona daha çox nəzarət edə biləcək muzdlu hərbi təşkilat axtarır. Amma "Vaqner"in imkanlarına malik başqa bir qruplaşma hələ ki, yoxdur".