Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nikaha dair prosedurlar dəyişir

Nikaha dair prosedurlar dəyişir

Tarix: 5 Aprel 2023 08:40

Nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyindən isə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin aprelin 7-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, nikahın ləğvi, etibarsız sayılması barədə məhkəmə qətnaməsindən çıxarış dərhal "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.


Etiketlər:  Nikaha dair prosedurlar dəyişir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ