Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Dövlətlərarası münasibətlərimiz dövründə çox möhkəm təməl yaratmağa nail olmuşuq

İlham Əliyev: Dövlətlərarası münasibətlərimiz dövründə çox möhkəm təməl yaratmağa nail olmuşuq

Tarix: 5 Aprel 2023 16:39

Ölkələrimizin xalqları uzun müddət ərzində fəal qarşılıqlı əlaqə saxlayırlar. Çox sevindirici haldır ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə biz çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü zamanı söyləyib.

"Biz həm çoxtərəfli formatda, həm də xüsusilə ikitərəfli formatda fəal qarşılıqlı əlaqə saxlayırıq. Həmişə mehriban dostlar kimi çox səmimi əməkdaşlıq edirik", - deyə dövlətimizin başçısı vurğulayıb.

Milli.Az


Etiketlər:  İlham Əliyev Dövlətlərarası münasibətlərimiz dövründə çox möhkəm təməl yaratmağa nail olmuşuq


RƏYLƏR