Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı

Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı

Tarix: 5 Aprel 2023 23:20

Sabah Ramazan ayının 15-ci günüdür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 6-da imsak vaxtı saat 04:49-da, iftar vaxtı isə 19:24-dədir.

İmsak duası:

"Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin!"

Tərcüməsi:

"İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi təvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!"

İftar duası:

"Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Ya vasiəl-məğfirəti iğfirli!"

Tərcüməsi:

"İlahi, Sənin üçün oruc tutdum və sənin ruzinlə iftar edib, yalnız sənə təvəkkül edirəm!"

Allah orucunuzu qəbul eləsin!

Milli.Az


Etiketlər:  Ramazanın 15 ci gününün duası İmsak iftar vaxtı


RƏYLƏR