Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaq bağçasına hücum: 4 azyaşlı həlak oldu - FOTO

Uşaq bağçasına hücum: 4 azyaşlı həlak oldu - FOTO

Tarix: 6 Aprel 2023 09:10

Çərşənbə günü Braziliyada naməlum şəxsin uşaq bağçasına hücumu nəticəsində 4 uşaq ölüb, 3-ü yaralanıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər yayılıb.

Məlumata görə, kişi ölkənin cənubunda yerləşən Blumenau şəhərində özəl təhsil müəssisəsinə soxulub və balta ilə uşaqlara hücum edib. Bundan sonra o, polisə təslim olub. Hücum edənin motivləri və mümkün şəriklərinin olması araşdırılır.

Uşaq bağçasının binasında hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İçəriyə heç kəs buraxılmır.

Qeyd edək ki, bu, son bir ayda Braziliyada təhsil müəssisəsinə ikinci hücumdur. Martın sonunda San-Pauluda məktəbdə səkkizinci sinif şagirdi bir müəllimi öldürüb, üç müəllim və bir şagirdi yaralayıb.


Etiketlər:  Uşaq bağçasına hücum azyaşlı həlak oldu FOTO


RƏYLƏR