Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2023 07:54
Alimlərin araşdırmalarına görə, musiqiyə qulaq asmaq dərmanlardan daha effektiv təsir göstərir.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, tədqiqatçılar musiqiyə qulaq asmaqla bir çox xəstəliklərlə mübarizə aparmağa kömək etdiyini sübut edib.
Son araşdırmalara görə, sevdiyiniz musiqiyə qulaq asmaq dərmanlardan daha effektiv nəticə almağa kömək edir.
Kimyaterapiya alan 12 xəstə üzərində aparılan kiçik bir tədqiqatda mütəxəssislər iştirakçılardan ürəkbulanma əleyhinə dərman qəbul etdikdə hər dəfə 30 dəqiqə sevdikləri musiqiyə qulaq asmalarını istəyib. Nəticələr göstərdi ki, xoş musiqi dinləyən xəstələrdə ürəkbulanmanın şiddəti azalıb.