Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Film kimi soyğunçuluq - Küçələrə səpələnən dollarları insanlar belə yığdı - VİDEO

Film kimi soyğunçuluq - Küçələrə səpələnən dollarları insanlar belə yığdı - VİDEO

Tarix: 7 Aprel 2023 19:24

Argentinada maraqlı soyğunçuluq olub. 

Milli.Az lent.az-a istinadən bildirir ki, 26 yaşlı Xuan Kruz adlı tələbə Argentinanın paytaxtı Buenos-Ayresdəki bankların birinə 33 min dollar dolu çanta ilə gəlib və pulları banka köçürmək istəyib. 

Bu zaman motosikletli naməlum şəxs gəncin çantasını oğurlamağa cəhd edib. Xuan Kruzun müqaviməti nəticəsində oğru istədiyinə nail ola bilməyib. Amma dollarla dolu çanta açılıb və pullar küçəyə səpələnib. Yoldan keçən insanlar gənc oğlana pulları yığmağa kömək ediblər.

Xuan Kruzun sadəcə 335 dollar itirdiyi deyilir. 

Milli.Az


Etiketlər:  Film kimi soyğunçuluq Küçələrə səpələnən dollarları insanlar belə yığdı VİDEO


RƏYLƏR