Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir ay öncə avtomobilin vurduğu piyada xəstəxanada öldü

Bir ay öncə avtomobilin vurduğu piyada xəstəxanada öldü

Tarix: 8 Aprel 2023 09:40

Şəkidə bir ay öncə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Milli.Az xəbər verir ki, 1992-ci il təvəllüdlü Tural Əkrəmli martın 3-də idarə etdiyi "Kia Sportage Minik" markalı avtomobillə Şəki şəhəri, Qoxmuq dairəsi istiqamətində hərəkətdə olarkən piyada, 1958-ci il təvəllüdlü Ramazan Qafarlını vurub.

Həmin gün Şəkidəki xəstəxanaya, səhəri gün isə Abşerondakı tibb müəssisəsinə yerləşdirilmiş piyada aldığı xəsarətlərdən aprelin 7-də orada ölüb.

Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Milli.Az


Etiketlər:  Bir ay öncə avtomobilin vurduğu piyada xəstəxanada öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ