Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azad olunan ərazilərdə daha bir hərbi hissə istifadəyə verildi - VİDEO - FOTO

Azad olunan ərazilərdə daha bir hərbi hissə istifadəyə verildi - VİDEO - FOTO

Tarix: 8 Aprel 2023 12:48

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə inşa edilən növbəti hərbi obyekt istifadəyə verilib.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Azad edilmiş ərazilərə səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni istifadəyə verilən hərbi hissəyə baxış keçirib, burada yaradılan şəraitlə tanış olub.

Müdafiə nazirinə məruzə edilib ki, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün burada qərargah binası, yataqxana, xidməti otaqlar, tibb məntəqəsi və digər infrastruktur obyektləri tikilib, müasir avadanlıqlarla təchiz olunub.

Bildirilib ki, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün yeni qərargahda müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş rabitə qovşağı və server otağı mövcuddur.

Yaradılan şəraitlə tanış olan müdafiə naziri qərargah zabitlərinin və komandir heyətinin fərdi bacarıqlarının, eləcə də bölmələri idarəetmə qabiliyyətinin daha da artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə göstərişlər verib.

Milli.Az


Etiketlər:  Azad olunan ərazilərdə daha bir hərbi hissə istifadəyə verildi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ