Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2023 13:45
Ailəsi müğənni Şəbnəm Tovuzludan bacısının olmasını gizlədib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi "Maqazin plyus" verilişində danışıb.
Sənətçi bildirib ki, bacısının kim olduğunu ailəsi və yaxınları ondan gizlədib:
"Məndən öncə bir bacım dünyaya gəlib. Onu isə məndən gizlədiblər. Onu qohumlarımızdan birinə övladlığa veriblər. Demirlər kimdir (ağlayır). Nə atam, nə qohum-əqrabam... Heç kim demir. Onun özünün də bundan xəbəri yoxdur. Həyatda arzum və ağrım odur".