Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin və Merkel arasında telefon danışığı olub

Putin və Merkel arasında telefon danışığı olub

Tarix: 19 Oktyabr 2019 23:16

Bakı. Trend:

Almaniya Kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın Nazirlər Kabinetinin press-relizində deyilir.

Press-relizdə bildirilir: "Telefon danışığının mərkəzində tez zamanda "normand" formatında sammitin keçirilməsinə hazırlıq olub. Onlar həmçinin Suriya və Liviyadakı vəziyyəti, o cümlədən Ukrayna vasitəsilə qazın tranzitinin davam etdirilməsi haqqında davam edən danışıqları müzakirə ediblər".

Qeyd edilir ki, telefon danışığı oktyabrın 19-u baş tutub.


Etiketlər:  Putin Merkel arasında telefon danışığı olub


RƏYLƏR