Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2023 23:51
Bu gün Qazaxıstan dünya birliyinin nəzərində böyük nüfuza malikdir, beynəlxalq məsələlərdə mühüm rol oynayır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində səsləndirib.
Qazaxıstanın irəli sürdüyü və reallaşdırdığı təşəbbüslərin sözün geniş mənasında Avrasiya məkanında etimad tədbirlərinin, sülhün möhkəmlənməsinə yönəldiyini bildirən dövlətimizin başçısı deyib ki, biz də dostlar, qardaşlar kimi Qazaxıstanın uğurlarına ürəkdən sevinirik.