Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bələdiyyə sədri cərimələndi

Bələdiyyə sədri cərimələndi

Tarix: 12 Aprel 2023 11:20

Masallı şəhər Bələdiyyəsinin sədri, şəhər sakini Azər Baxışov barəsində protokol tərtib olunub.

Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, aprelin 11-də Masallı şəhəri ərazisində keçirilən belə tədbir zamanı su obyektlərinin mühafizəsi qaydalarının pozulması, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Masallı şəhər Bələdiyyəsinin sədri, şəhər sakini A.Baxışov barəsində protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Etiketlər:  Bələdiyyə sədri cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ