Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mehriban Xanlarova efirdə iştirakçı ilə dalaşıb, studiyanı TƏRK ETDİ - VİDEO

Mehriban Xanlarova efirdə iştirakçı ilə dalaşıb, studiyanı TƏRK ETDİ - VİDEO

Tarix: 12 Aprel 2023 13:25

Əməkdar artist Mehriban Xanlarova canlı efirdə əsəbləşərək, studiyanı tərk edib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, ekspert qismində "Bizimləsən" ictimai-sosial verilişində iştirak edən sənətçi ilə evlənmək üçün proqrama pənah gətirən Zəfər adlı şəxs arasında mübahisə yaşanıb. 

M.Xanlarova Zəfərə "Sənin 23 yaşın var. Sən mənim üçün uşaqsan. Övladımız yaş;ndasan. Hətta övladım səndən yaşca daha böyükdür" deyib. 

İştirakçı isə aktrisaya "Mən uşaq deyiləm. Deyirsiniz ki, böyüyə hörmət etmək məcburiyyətindəsən. Siz səhvsiniz. Böyük özünə hörmət etməlidir ki, mən də ona hörmət edim. Biz böyüklərdən örnək alırıq. Mənim sizlə haqqımdır belə danışmaq. Siz mənə heç nə deyə bilmərsiniz. Mənim danışığım budur" deyə cavab verib. 

Zəfərin bu çıxışından sonra M.Xanlarova daha da qəzəblənib:

"Sənə deyirəm sus. Ağzının danışığını bil. Yum, ağzını! Sus! Səsini kəs! Sənə ixtiyar verməmişəm ki, mənə sual verəsən. Sən qələt edirsən mənimlə belə danışırsan. Zaur, ( verilişin aparıcısı Zaur Baxşəliyev - red.) sən bunlara (iştirakçılar - red.) icazə verirsənsə biz ekspertlərlə belə danışmağa onda biz bu verilişə ekspert kimi gəlməyək. Xahiş edirəm, belə insanlara qarşı ölçü götürün. O kimdir ki, mənimlə belə danışır? Kimdir, nəçidir? İnşallah onunla evlənmək üçün heç bir qız da verilişə gəlməz. Öz sifətini göstər ( Zəfərə deyir - red.) Mən sənin üçün başqası deyiləm".  

Bundan sonra Əməkdar artist oturduğu eskpert kürsüsündən ayağa qalxaraq, etiraz əlaməti olaraq studiyanı tərk edib. 

Baş verən hadisəyə isə proqramın canlı efirində Zaur Baxşəliyev belə bir münasibət bildirib:

"Ekspert də insandır və kimdənsə status olaraq insanlıq baxımından yüksəkdə olmalı deyil. Hamımız insanıq. Ekspert odur ki, fikrini bildirir, amma aqresiv olmur və olmamalıdır. Əgər Mehriban Xanlarova mənə hörmət olaraq verilişə gəlibsə, mən də bu insana hörmət edirəm. Amma Mehriban xanım bu hərəkəti etməməlidir.

Çünki əgər ən azı "uşağım yerindəsən" deyirsənsə, məhz belə bir münasibət olmamalıdır. Biz elə bir münasibət göstərə bilərik ki, Zəfər atdığı addımdan utana bilər və özü qayıdıb, üzrxahlıq edə bilər. Zəfər efir etikasına sığmayan artıq-əskik heç bir kəlimə işlətmədi ki, efirdə deyilməsin. Rica edirəm, biraz obyektiv olaq".

Milli.Az


Etiketlər:  Mehriban Xanlarova efirdə iştirakçı ilə dalaşıb studiyanı TƏRK ETDİ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ