Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2023 20:48
Ölkə ərazisində qar - su ehtiyatlarının müəyyənləşdirilməsi, çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə mütəxəssis-hidroloqlar tərəfindən yüksək dağlıq ərazilərdə aparılan qarölçmə işləri başa çatıb.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Milli Hidrometeorlogiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, aparılan işlər zamanı qar örtüyünün hündürlüyü və çəkisi təyin edilib, daha sonra qarın sıxlığı və sululuğu müəyyən olunub.
Qarölçmə işlərinin nəticələri heç də ürəkaçan deyil. Çünki bu il qar ehtiyatı normadan və ötən illə müqayisədə az olub. Bu isə o deməkdir ki, bu il çayların sululuğunun az olacağı gözlənilir.
Qeyd edək ki, sululuğun normadan aşağı olması daha çox Kür çayında müşahidə ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: