Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Xalq artisti Ukraynada xüsusi hərbi əməliyyatı tənqid etməkdə davam edir..."

Tarix: 13 Aprel 2023 13:02

Kremlyönlü "Təhlükəsizlik və korrupsiya ilə mübarizə üzrə Federal layihə"nin rəhbəri Vitali Borodin sovet və Rusiya müğənnisi Alla Puqaçovadan donos verib.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğuna müvafiq müraciətə istinadən SİTA agentliyi məlumat yayıb.

"Xahiş edirəm Alla Borisovna Puqaçovanın Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirməsi ilə bağlı yoxlama aparasınız", - Borodinin bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, hazırda İsraildə yaşayan Puqaçova Ukraynada "xüsusi hərbi əməliyyat"ı tənqid etməkdə davam edir.

Onun sözlərinə görə, o, həmçinin Rusiyanı tərk edən, fəal şəkildə müharibə əleyhinə mövqedə dayanan və "Ukraynaya maliyyə yardımı edən" mədəniyyət və incəsənət xadimlərini dəstəkləyir.

"Bundan öncə Federal layihə tərəfindən Alla Puqaçovanın fəaliyyətinin xaricdən maliyyələşməsi və onun Qərb xüsusi xidmət orqanları ilə əlaqələri müəyyən edilib", - Borodin bəyan edib.

Borodin ilk dəfə deyil ki, hakimiyyət orqanlarına analoji xahişlə müraciət edir. Bundan öncə o, populyar aktrisa Liya Axecakova, müğənni Valeri Meladze, artist Semyon Slepakov və başqaları barədə şikayətlər edib.

Milli.Az


Etiketlər:  Xalq artisti Ukraynada xüsusi hərbi əməliyyatı tənqid etməkdə davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ