Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2023 11:40
ABŞ-ın məxfi sənədlərinin geniş miqyasda sızmasından yalnız Rusiya qazanır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
O bildirib ki, Rusiya bunun yeganə benefisiarı sayılır:
"Araşdırmadan sonra biz yekun cavabı alacağıq. Bizim ABŞ-ın müvafiq xidmətləri ilə əlaqələrimiz var. İlk saatlardan biz danışmağa başladıq. Ukrayna-ABŞ münasibətlərinə xələl gətirəcək heç bir risk yoxdur. Məlumat sızması müharibənin gedişatına böyük təsir göstərə bilməz. Problem varsa, həll ediləcək. Problem yoxdursa, daha yaxşı... Bu, hücum əməliyyatlarının real nəticələrinə təsir edə bilməz. Yaxın gələcəkdə əks-hücumun nəticələrini hamı görəcək və hiss edəcək".