Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfərbərlik Xidmətinin Naxçıvan üzrə baş idarəsinə rəis təyin olundu

Səfərbərlik Xidmətinin Naxçıvan üzrə baş idarəsinə rəis təyin olundu

Tarix: 14 Aprel 2023 17:24

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinə rəis təyin olunub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Elmar Tağıyev təyinat alıb.

O, bundan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Katibliyinin rəisi olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı fərmanla Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv edilib və SHXÇDX-nin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.


Etiketlər:  Səfərbərlik Xidmətinin Naxçıvan üzrə baş idarəsinə rəis təyin olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ