Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İstilik pulunu bu qaydada verəcəksiniz... - VİDEO

İstilik pulunu bu qaydada verəcəksiniz... - VİDEO

Tarix: 14 Aprel 2023 22:20

Ölkəmizdə istilik sayğaclarının quraşdırılmasına başlanıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,proses ilkin mərhələdə qeyri-yaşayış obyektlərində həyata keçirilir. Bunu ''Azəristiliktəchizat'' ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev deyib.

"Bu məqsədlə artıq 60 ədəd sayğac alınıb"

İstilik mövsümü başlayana qədər 200 sayğacın quraşdırılması planlaşdırılır.

İlham Mirzəliyev ödənişlərlə bağlı məsələyə də diqqət çəkərək bildirib ki, paytaxtda bəzi binalara normal qaydada istilik veriləsə də, istehlakçılar tərəfindən ödənilən məbləğ ürəkaçan səviyyədə deyil.

Bu arada ölkəmizdə istilik mövsümü müddətinin dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır.

Bildirilib ki, mövsümün uzadılması böyük resurslardan istifadə deməkdir. bunun üçün son 30 ilin temperatur rejimi təhlil edilməli, optimal bir nöqtə çıxarılmalıdır.

Qeyd edək ki, mövcud qaydalara əsasən, istilik mövsümü noyabrın 15-də başlayır, aprelin 15-də yekunlaşır.

Milli.Az


Etiketlər:  İstilik pulunu bu qaydada verəcəksiniz VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ