Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2023 09:22
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Kocaelidə yeni şəhər xəstəxanasının açılışında iştirak edib.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan açılış zamanı Türkiyəni səhiyyədə "qlobal cazibə mərkəzinə" çevirəcəyini vəd edib.
Ərdoğan əcnəbilərin də Türkiyə səhiyyəsinə marağının artdığını bildirib.
"Biz Türkiyəni səhiyyədə öz vətəndaşlarına xidmət göstərən bir ölkə deyil, qlobal bir cazibə mərkəzi etməkdə qərarlıyıq. Xalqımız səhiyyə sahəsində qurduğumuz nümunəvi infrastrukturun, apardığımız sistem islahatının və hələ də gücləndirməyə davam etdiyimiz kadrların dəyərini çox yaxşı bilir. Türkiyə əsrin fəlakəti olan 6 fevral zəlzələlərinin yükündən dövlətinin gücü, qurumlarının imkanları və xalqının fədakarlığı ilə ayağa qalxıb" - deyə o qeyd edib.
Məlumat üçün bildirək ki, fevralın 6-da Türkiyənin bir çox vilayətində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 50 mindən çox insanın həyatına son qoyub.
Türkiyədə 14 milyona yaxın insan zəlzələlərdən zərər çəkib.