Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyevdən DSMF ilə bağlı FƏRMAN

İlham Əliyevdən DSMF ilə bağlı FƏRMAN

Tarix: 17 Aprel 2023 15:24

"Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası" təsdiq edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu Qayda "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-2-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə qaydasını müəyyən edir.

Milli.Az


Etiketlər:  İlham Əliyevdən DSMF ilə bağlı FƏRMAN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ