Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2023 20:00
"Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır. Hələ də reanimasiyadadır. Bundan o yanası yoxdur".
Sonxeber.net xəbər verir ki, bu sözləri lent.az-a qarmon ustası, Xalq artisti Aftandil İsrafilovun qızı Həcər İsrafilova bildirib.
Onun sözlərinə görə, məşhur qarmon ustası ürək çatışmazlığından əziyyət çəkir, ayaqlarına, ciyərlərinə su yığılıb. Təzyiqi həddən artıq çoxdur. Böyrəkləri, demək olar işləmir. Hər şey pisdir. Hazırda reanimasiyadadır. Həkimlər əllərindən gələni edir",- deyə o bildirib.
Həcər xanımın sözlərinə görə, Mədəniyyət nazirliyindən zəng vurub Aftandil İsrafilovun səhhəti ilə maraqlanırlar.
Qeyd edək ki, kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən 81 yaşlı qarmon ifaçısı Aftandil İsrafilov noyabrın əvvəlində və dekabr ayında da xəstəxanaya aparılmış, daha sonra səhhəti normallaşmışdı. O uzun müddətdir xəstəxanada müalicə alır.