Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2023 16:14
Nyu-Yorkun Manhetten məhəlləsində bina çöküb. Şəhərin yanğından mühafizə xidmətinin məlumatına görə, 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, qəza yerində xilasedicilər işləyir. Yerli sakinlərin sosial şəbəkələrdə yerləşdirdiyi kadrlarda onlarla avtomobilin olduğu tikilinin uçduğu görünür. Bəzi şahidlərin sözlərinə görə, bundan əvvəl onlar partlayışa bənzər səs eşidiblər.