Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvandan Qərbə zərbə: Rusiyaya belə kömək edir

İrəvandan Qərbə zərbə: Rusiyaya belə kömək edir

Tarix: 19 Aprel 2023 23:04

Rusiya sanksiyalardan yan keçərək, müdafiə sənayesində istifadə olunan Qərb elektron məhsullarını üçüncü ölkələr vasitəsilə idxal edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.

Nəşrin məlumatına görə, ötən ayın sonunda ABŞ və Avropa Birliyi rəsmiləri sanksiyalardan yayınaraq Rusiyaya daxil olan milyonlarla dollarlıq qadağan olunmuş məhsullar barədə müzakirələr aparıblar.

Qərbin vergi və ticarət orqanlarının məmurları Ermənistan, Qazaxıstan və digər ölkələr vasitəsilə Rusiyaya mikrosxemlərin və digər elektron komponentlərin satışının kəskin artdığını qeyd ediblər.

Onların məlumatlarına görə, Rusiya Ukraynada tətbiq etdiyi qanadlı raketlər də daxil olmaqla, silahların hazırlanması üçün kritik hesab edilən yüksək həssas kateqoriyalı mikroçiplər və digər elektron cihazları əldə edə bilib.

"ABŞ və Avropa rəsmiləri Rusiyanın Qərb məhsullarını Ermənistan, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri vasitəsilə əldə etməsindən getdikcə daha çox narahatdır", - nəşr bildirib.

Milli.Az


Etiketlər:  İrəvandan Qərbə zərbə Rusiyaya belə kömək edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ