Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"11 yaşımdan anam bunu mənə qadağan edib"

Tarix: 20 Aprel 2023 16:40

Aparıcı Zaur Baxşəliyev sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, instaqram hesabında qardaşı oğlunun ad günündən görüntülər yayımlayan Zaur, anası Dilavər xanımın ona ad günü keçirməsini qadağan etdiyini bildirib:

"Özümü başa düşəndən ailəmizin daha bir qaydasnı kəşf etdim. Ad günlərimizi yalnız ailə üzvləri ilə birlikdə qeyd edirik. Bu anamın qaydasıdır. Düzdür, mən ad günümü 11 yaşımdan qeyd etmirəm. Onu da 1992-ci ildən anam qadağan etdi. Bəlkə də elə buna görə ad günlərimizdə yalnız operatorluq edirəm. Hamının sevincini kənardan hiss edib, onu yaddaşa köçürməyi daha üstün tuturam. Bu gün də qardaşımın balası Şəhriyarımızın 15 yaşına toplaşdıq!", - deyə o qeyd edib.

Milli.Az


Etiketlər:  11 yaşımdan anam bunu mənə qadağan edib


RƏYLƏR