Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2023 11:42
İmtahanlarda zəif nəticə göstərən uşaqların valideynləri tərəfindən psixoloji təzyiqə məruz qalması acı nəticələrə səbəb ola bilər.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, psixoloqlar bu hallarla bağlı həyəcan təbili çalırlar.
Mütəxəssislərin sözlərinə görə, valideynlər bu vəziyyətlərdə tənqidedici yox, dəstək olan tərəf olmalıdırlar.
Psixoloq Əfsanə Rüstəmovanın sözlərinə görə, hər bir abituriyent imtahandan öncə də psixoloji dəstək görməlidir. Bu həm məktəbdə olan mütəxəssislər tərəfindən olmalı, həm də valideynlər tərəfindən prosesə dəstək verilməlidir.
Təhsil üzrə mütəxəssis Elşən Qafarovun fikrincə, imtahanlarda zəif nəticə göstərmək hələ son deyil.
Mütəxəssislər bildirirlər ki, hələ qarşıda imtahanların növbəti mərhələsi var və bu dönəmdə də valideynlər övladlarına dəstək olmağa davam etməlidirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: