Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəranda həkim məntəqəsi baxımsız vəziyyətdədir - VİDEO

Lənkəranda həkim məntəqəsi baxımsız vəziyyətdədir - VİDEO

Tarix: 22 Aprel 2023 13:52

Lənkəran rayonunun Girdəni kənd həkim məntəqəsi açınacaqlı vəziyyətdədir.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, həkim məntəqəsinin binasının divarları çatlaq, bünövrəsi çökmüş, pəncərə və qapıları isə qırıq-salxaq vəziyyətdədir.

Həkim məntəqəsi 1948 - ci ildə tikilib. 1964 - cü ildən Girdəni kənd xəstəxanası kimi fəaliyyət göstərib. 2010 - cu ildə xəstəxana ləğv olunub, yenidən həkim məntəqəsi kimi fəaliyyət göstərməyə başlayıb.

Sakinlər deyir ki, məntəqənin bu vəziyyətdə olması çox təhlükəlidir. Binalar köhnədir və xidmət üçün isə heç bir şərait yoxdur.

Həkim məntəqəsinin müdiri Məhəmməd İmamverdiyev bildirir ki, məntəqə bir neçə kəndin əhalisinə, təxminən 7 min nəfərə xidmət edir. Bunlardan da 1760 nəfəri uşaqlardır.

Tibb məntəqəsinin vəziyyəti ilə bağlı TƏBİB - in rəsmisi Zamirə Ədilova da açıqlama verib.  Şöbə müdiri bildirib ki, İcbari tibbi sığorta sisteminə keçidlə əlaqədar aparılan islahatlar çərçivəsində rayon mərkəzi xəstəxanalarının, o cümlədən ilkin səhiyyə xidmətinin strukturunda təkmilləşdirmə işləri aparılır. 2022 - 2024 - cü illəri əhatə edən plan çərçivəsində Ailə Sağlamlıq mərkəzlərinin sayının artırılması,  yeni ilkin səhiyyə xidmətləri müəssisələrinin tikilməsi və təmiri, kadrlarla təminatı əsas məsələlərdəndir. Bu istiqamətdə araşdırmalar aparılır, analizlər edilir və plana uyğun olaraq işlər həyata keçirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Lənkəranda həkim məntəqəsi baxımsız vəziyyətdədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ