Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müharibə üçün tarix verildi: Gərginliyi artıracaq mesaj – Meydan oxudular

Müharibə üçün tarix verildi: Gərginliyi artıracaq mesaj – Meydan oxudular

Tarix: 23 Aprel 2023 20:08

Çin-Tayvan-ABŞ gərginliyinə Avropa da daxil olur. Tayvan və ABŞ kəşfiyyatının mümkün müharibə ilə bağlı hesabatından sonra Avropa Birliyindən (AB) gərginliyi artıracaq açıqlama gəlib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, əvvəlcə Tayvan xarici işlər naziri Jozef Vu müharibə üçün tarix verib.

Nazir Çin lideri Si Cinpinin 2027-ci ildə Tayvanı işğal edəcəyi ilə bağlı ABŞ kəşfiyyatının iddiasını gücləndirib.

Vu 2027-ci ildə Çinlə müharibənin başlaya biləcəyini və bu səbəbdən mümkün qarşıdurmaya hazırlaşdıqlarını açıqlayıb. Çin xarici işlər naziri Qin Qanq isə Vuya cavabında odla oynayacağı təqdirdə Tayvanın özünü yandıracağını söyləyib.

Bu gəlişmənin əks-sədası davam edərkən, Avropadan gərginliyi artıracaq bir açıqlama gəlib.

AB diplomatiyasının rəhbəri Josef Borrell Avropa ölkələrinin donanmasının Tayvan boğazında patrul xidməti aparmalı olduqlarını deyib.

"Çin bizim təhlükəsizliyimizi birbaşa təhdid etməsə də, Avropa üçün çoxölçülü problem yaradır", - Borrell Çinin AB-yə həm tərəfdaş, həm də rəqib olduğunu söyləyib.

Siyasətçi AB-nin "Vahid Çin" siyasətini dəstəklədiyini, amma bu dəstəyin heç də bütün hallarda olmadığını vurğulayıb:

"Tayvana münasibətimiz bəsit və ardıcıldır. Fikrimizcə, yalnız bir Çin var. Ancaq bütün hallarda deyil. Qətiyyən güc tətbiq etməklə deyil.

Avropa iqtisadi, kommersiya və texnoloji məsələlərdə çox fəal olmalıdır. Buna görə də mən Avropa donanmalarını bu çox kritik bölgədə naviqasiya azadlığına sadiqliklərini nümayiş etdirmək üçün Tayvan boğazında patrul xidməti aparmağa çağırıram. Təxribatlara qarşı da ayıq olmalıyıq".

Çin xarici işlər naziri isə açıqlama verərək, Tayvan boğazının hər iki tərəfinin Çinə məxsus olduğunu bildirib.

Milli.Az


Etiketlər:  Müharibə üçün tarix verildi Gərginliyi artıracaq mesaj Meydan oxudular


RƏYLƏR