Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2019 15:25
Bakı. Trend:
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəsmi “Facebook” səhifəsində “Dəniz və Dənizçilik” mövzusunda keçirilən foto müsabiqəyə yekun vurulub.
Trend-in məlumatına görə, qaliblər 10 gün ərzində “Facebook”-da aparılan səsvermənin nəticəsində müəyyənləşib. Müsabiqədə 1-ci yerə 1100 səslə Zaur Mustafayev, 2-ci yerə 964 səslə Pərviz Babazadə, 3-cü yerə isə 398 səslə Orxan Kərimov layiq görülüb. Qaliblər mükafatlandırılıblar.
Foto-müsabiqə 22 oktyabr “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaranması münasibətilə keçirilib.
Qeyd edək ki, 1-ci yerin qalibi Zaur Mustafayev Trend İnformasiya Agentliyinin foromüxbiridir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin