Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niderland marmeladı Ginnesin Rekordlar Kitabına düşdü - FOTO

Niderland marmeladı Ginnesin Rekordlar Kitabına düşdü - FOTO

Tarix: 24 Aprel 2023 18:42

Niderlandın qənnadı istehsalçısı "Tanis" Dünyanın ən böyük marmelad ayısını təqdim edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, son bir neçə həftə ərzində iyirmi nəfərdən çox insandan ibarət komanda nəhəng narıncı ayı fiquru üzərində çalışıb. İlkin cəhd uğursuz olub. Marmelad düzgün şəkildə bərkimədiyi üçün onu qəlibdən çıxarmaq mümkün olmayıb.

Doqquz gün sonra - ötən cümə axşamı günü keçirilən ikinci cəhd zamanı nəhayət bərkimiş portağal ətirli marmeladlı ayı Ginnesin Rekordlar Kitabının müşahidəçilərinə uğurla nümayiş etdirilib. Onlar təsdiqləyiblər ki, çəkisi 1728 kiloqram və ölçüsü 2,5x2x1 metr olan şirin ayı İran şirniyyatçılarının 1200 kiloqramlıq nailiyyətini keçərək rekordçu olub.

Hal-hazırda "kubfoot" soyuducu anbardadır və Düsseldorfda "Interpack" qablaşdırma texnologiyası üzrə beynəlxalq ticarət sərgisində geniş ictimaiyyətə təqdim ediləcək. Tədbirdən sonra o, vətəninə qaytarılacaq və arzu edənlərə paylanacaq. Rekordun təsdiqlənməsi üçün qənnadı sənəti əsəri yeyilməlidir.

Rekord qıran məhsul təxminən 850 min standart ölçülü marmeladlı ayıya bərabərdir.

Milli.Az


Etiketlər:  Niderland marmeladı Ginnesin Rekordlar Kitabına düşdü FOTO


RƏYLƏR