Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın təhsil göstəriciləri ''Qlobal Rəqabətlilik İndeksi''ndə yüksəlib

Azərbaycanın təhsil göstəriciləri ''Qlobal Rəqabətlilik İndeksi''ndə yüksəlib

Tarix: 21 Oktyabr 2019 15:24

​Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın təhsil sisteminin göstəriciləri "Qlobal Rəqabətlilik İndeksi"ndə növbəti dəfə yaxşılaşıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Dünya İqtisadi Forumu tərəfindən ötən həftə yayılmış "Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci yeri tutub. Bu göstərici 12 indikator əsasında müəyyən edilib ki, bunlardan 8-i üzrə ölkəmiz MDB ölkələri arasında yüksək nəticələr əldə edib.

Təhsilin kəmiyyət və keyfiyyət göstəricilərini ölçən "Bacarıqlar" (“Skills”) kateqoriyası üzrə Azərbaycan bu il 6 pillə irəliləyərək 48-ci yerdə, “İnnovasiya bacarığı” (“İnnovation Capability”) üzrə isə bu il 3 pillə irəliləyərək 68-ci yerdə qərarlaşıb.

"Bacarıqlar" kateqoriyasının tərkib hissəsi olan işçilərin peşəkar inkişafı göstəricisi üzrə Azərbaycan 22 pillə irəliləyərək 34-cü, peşə təhsilinin keyfiyyəti göstəricisi üzrə 6 pillə irəliləyərək 43-cü, bacarıqlı işçiləri tapmaq asanlığı göstəricisi üzrə 2 pillə irəliləyərək 29-cu yerlərdə qərarlaşıb. Tədrisdə tənqidi düşüncə göstəricisi üzrə isə ölkəmiz 7 pillə irəliləyərək 20-ci yerdədir. “İnnovasiya bacarığı” kateqoriyasında Azərbaycan beynəlxalq müştərək ixtiralar üzrə 3 pillə irəliləyərək 96-cı, elmi nəşrlər üzrə 3 pillə irəliləyərək 105-ci, patent ərizələri üzrə 3 pillə irəliləyərək 105-ci, elmi-tədqiqat institutlarının qabaqcıllıq indeksi üzrə 8 pillə irəliləyərək 78-ci yerlərdə qərarlaşıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın təhsil göstəriciləri Qlobal Rəqabətlilik İndeksində yüksəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ