Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2023 10:38
Yer kürəsini son illərin ən güclü maqnit qasırğası vurub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu və Günəş Astronomiyası Laboratoriyası xəbər yayıb.
Bildirilir ki, son 24 saat ərzində Yerin maqnit sahəsinin pozulma dərəcəsi G4 səviyyəsinə çatıb. Beş ballıq şkala ilə bu, sondan əvvəlki göstəricidir (G5 ekstremal, G1 isə zəifdir).
"Qasırğa təkcə bu ilin deyil, həm də son bir neçə ilin ən güclüsü olub. Geomaqnit sahəsinin pozulmalarının intensivliyi Kp=8-ə çatdı ki, bu da G4 səviyyəsinə - çox güclü maqnit qasırğasına uyğundur", - deyə məlumatda vurğulanıb.
Ekspertlər G4 səviyyəsinin şəbəkələrdə gərginliyin qeyri-sabitliyinə, qoruyucuların və enerji sistemlərinin bölmələrinin mümkün zədələnməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.