Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2023 18:36
2025-ci ildən Türkiyənin ilk yerli elektrikli avtomobili TOGG bütün dünya ölkələrinə ixrac ediləcək.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Prezident onu da qeyd edib ki, 2030-cu ilə qədər 1 milyon TOGG istehsalı planlaşdırılır.
Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.
TOGG-un elektrik krossover SUV C seqmentinin və elektrik sedanın prototipləri 2019-cu ilin dekabrında təqdim edilib.
Bu ilin 14 mart tarixində Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-un qiymətləri açıqlanıb.
"TX10" adı daşıyan avtomobilin başlanğıc dəyəri 953 min lirədir, TOGG transmissiyaya görə, üç fərqli model təklif edib.
V1 RWD Standart avtomobilin qiyməti 953 min lirə, V2 RWD Standart avtomobilin qiyməti 1 milyon 55 min lirə, V2 RWD Uzun mənzilli avtomobilin qiyməti 1 milyon 215 min lirədir.