Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2019 16:12
Bakı. Eldar Canaşvili - Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda elektron kommersiyanın inkişafında sahibkarlara müvafiq dəstəyi göstərəcək.
Trend-in məlumatına görə, bunu KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov İkinci Bakı Elektron Ticarət Forumunda (BEF-2019) deyib.
Onun sözlərinə görə, bu, pərakəndə əməliyyatlarda, o cümlədən, pərakəndə ticarətdə elektron kommersiyanın böyük artım potensialı nəzərə alınmaqla həyata keçirilir.
O, həmçinin, bildirib ki, Agentliyin əsas vəzifəsi biznes mühitinin, nizamlama sistiminin səmərəliliyinin artırılması, sahibkar və startaplara dəstək diapazonunun genişlənməsidir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin