Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsveçin tədqiqat raketi səhvən Norveçə düşüb

İsveçin tədqiqat raketi səhvən Norveçə düşüb

Tarix: 26 Aprel 2023 13:46

Aprelin 25-də yerli vaxtla saat 08:20-də İsveç Kosmik Şirkəti tərəfindən atılan tədqiqat raketi səhvən Norveçə düşüb.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə İsveç Kosmik Şirkəti (SSC) bildirib.

Məlumata əsasən, raket 250 kilometr yüksəkliyə çatdıqdan sonra marşrutdan çıxaraq hesablandığından daha çox qərb istiqamətinə düşüb.

Bundan əlavə, Norveç Xarici İşlər Nazirliyinin sözçüsü ölkə rəhbərliyinin hər hansı icazəsiz fəaliyyətə çox ciddi yanaşdığını və raket qalıqlarının ərazidən çıxarılması üçün Norveçdən öncədən icazə alınmasının vacibliyini vurğulayıb.

Milli.Az


Etiketlər:  İsveçin tədqiqat raketi səhvən Norveçə düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ