Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baltik dənizi üzərində Rusiya hərbi təyyarələri görünüb - FOTO

Baltik dənizi üzərində Rusiya hərbi təyyarələri görünüb - FOTO

Tarix: 26 Aprel 2023 17:12

Baltik dənizi üzərində Rusiya hərbi təyyarələri aşkar edilib.

Milli.Az APA -ya istinadənxəbər verir ki, bu barədə Almaniya hərbi hava qüvvələrinin (Luftwaffe) "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, Almaniya və Britaniyanın təyyarələri Baltik dənizi üzərində üç Rusiya hərbi təyyarəsini müəyyən ediblər.

Bunlar müvafiq olaraq, 2 SU-27 və 1 IL-20 tipli təyyarələrdir. "Onlar transponder siqnalı olmadan uçublar", Luftwaffe bildirib.

Aşkar olunan Rusiya təyyarələrinin fotoları da yayımlanıb.

Qeyd edək ki, NATO dövlətləri olan Estoniya, Latviya və Litvanın öz döyüş təyyarələri olmadığı üçün NATO tərəfdaşları 2004-cü ildən Avropanın şimal-şərqində Baltik hava məkanının təhlükəsizliyini təmin edirlər. Bu məqsədlə müttəfiqlər müntəzəm olaraq döyüş təyyarələrini və şəxsi heyəti Baltik dənizinə göndərirlər.

Milli.Az


Etiketlər:  Baltik dənizi üzərində Rusiya hərbi təyyarələri görünüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ