Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni virus - “mirus” tapılıb - FOTO

Yeni virus - “mirus” tapılıb - FOTO

Tarix: 26 Aprel 2023 20:50

Dənizlərin və okeanların günəşlə işıqlanan səthlərində yaşayan yeni virus növü aşkar edilib. "Mirus" adlanan adlanan bu orqanizmlər "herpes" virusları ilə əlaqələndirilir.

Bu barədə "Nature" elmi jurnalında məqalə dərc olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, latın dilində ecazkar və qəribə mənasını verən "mirus"lar insanlara təsir etmir. Onlar yalnız birhüceyrəli planktonu yoluxdurmağa meyllidirlər. Amma bu o deməkdir ki, herpes viruslarının əcdadları bir zamanlar dənizlərdəki təkhüceyrəli orqanizmləri də yoluxdurmuşlar.

Alimlər hesab edir ki, "mirus"un kəşfi bədənin müxtəlif yerlərində uçuq yaralarına səbəb olan "herpes" virusunun mənşəyini başa düşməyə kömək edəcək.

Məqalədə əvvəllər görülməmiş bu viruslar qrupunun son dərəcə unikal xüsusiyyətləri olduğu vurğulanıb.

"Mirus"lar əvvəllər müəyyən edilmiş bütün digər DNT virus qruplarından xeyli fərqlənir", - deyə müəlliflər vurğulayıblar.

Tədqiqatçılar "mirus" viruslarıyla bağlı hələ çox araşdırma aparılmalı olduğunu qeyd ediblər.

Milli.Az


Etiketlər:  Yeni virus mirus tapılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ