Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Azərbaycanlı qardaşlarımızın Vana ziyarəti bizi çox qürurlandırdı"

Tarix: 27 Aprel 2023 15:10

Azərbaycanlı qardaşlarımızın Türkiyəyə səfərləri, xüsusən də Vana və digər iki vilayətə səfərləri bizi həm qürurlandırdı, həm də həyəcanlandırdı.

Bunu AK Partiyanın Xarici əlaqələr rəhbəri və Van üzrə sədr müavini Nurullah Aslan TurkicWorld-ə açıqlamasında deyib.

"İlk növbədə qeyd etmək istərdim ki, Azərbaycandan gələn on nəfərlik nümayəndə heyətinin ölkəmizi ziyarət etməsi bizi çox sevindirdi. Azərbaycanlı qardaşlarımızın Türkiyəyə səfərləri, xüsusən də Vana və digər iki vilayətə səfərləri bizi xoşbəxt edib. Xüsusən də Azərbaycanın ölkəmizdəki prezident seçkiləri ərəfəsində və baş verən əsrin fəlakəti zamanı bizə dəstək olması bizi müsbət nəticələr üçün daha da ümidləndirir". - deyə Aslan bildirib.

Türkiyəyə qarşı həm iqtisadiyyatda, həm də müxtəlif istiqamətlərdə hücumların davam etdiyini qeyd edən partiya rəsmisi Azərbaycanın bu çətin zamanlarda Türkiyənin yanında olduğuna dair dəstək bəyanatlarını yüksək qiymətləndirib.

"Gələn dostlarımıza təşəkkür edirik. Bu səfər bizim iki dövlət, bir millət olduğumuza dair daha bir nümunədir", - deyə o bildirib.

Milli.Az


Etiketlər:  Azərbaycanlı qardaşlarımızın Vana ziyarəti bizi çox qürurlandırdı


RƏYLƏR