Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ “Sepah” və FTX-yə qarşı sanksiyalar tətbiq edib

ABŞ “Sepah” və FTX-yə qarşı sanksiyalar tətbiq edib

Tarix: 27 Aprel 2023 22:06

ABŞ Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") kəşfiyyatına qarşı "Amerika vətəndaşlarının qeyri-qanuni saxlanılmasına" görə sanksiyalar tətbiq edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksəkrütbəli nümayəndəsi hakimiyyətin bu qərarına həsr olunmuş jurnalistlər üçün xüsusi brifinqdə bildirib.

Administrasiya rəsmisinin sözlərinə görə, sanksiyaların birinci paketi ABŞ Prezidenti Cozef Baydenin "Rusiya və İranda amerikalıları əvvəllər və ya hazırda girov tutan və ya haqsız yerə saxlayan qurumlara" qarşı sərəncamı əsasında tətbiq edilir.

O bu "subyektlərin" Amerika vətəndaşlarından "siyasi rıçaq və ya ABŞ-dən güzəşt əldə etmək üçün" istifadə etməyə çalışdıqlarını vurğulayıb. Belə ki, onun fikrincə, bu cür hərəkətlər beynəlxalq siyasi sistemin sabitliyi və bütövlüyünə, həmçinin xaricdəki amerikalıların təhlükəsizliyinə təhdid olub.

"Onlar (FTX və "Sepah") ABŞ vətəndaşlarının xaricdə qanunsuz saxlanılmasına əmrlər vermək, nəzarət və ya başqa üsullarla rəhbərlik etdiyinə görə məsuliyyət daşıyırlar", - administrasiya rəsmisi diqqətə çatdırıb.

Onun sözlərinə görə, FTX Rusiyada saxlanılan ABŞ vətəndaşlarının həbsi, istintaqı və saxlanmasında iştirak edib. Rəsmi qeyd edib ki, həmçinin "Sepah" da xaricdə amerikalıların "qanunsuz saxlanılmalarında" əlbir olub və buna əmr verilməsində məsuliyyət daşıyıb.

Milli.Az


Etiketlər:  ABŞ Sepah FTX qarşı sanksiyalar tətbiq edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ