Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsraildən Rusiyanın raket hücumuna reaksiya

İsraildən Rusiyanın raket hücumuna reaksiya

Tarix: 28 Aprel 2023 22:44

İsrail Rusiyanın Umana raket hücumu ilə bağlı Ukraynaya dəstək verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, İsrailin Ukraynadakı səfiri Mixael Brodski bəyanatında Umanın bütün dünyada yəhudilər üçün dini və mədəni əhəmiyyətə malik xüsusi yer olduğunu qeyd edib.

"Biz günahsız ölümlərin ağrısını bölüşürük və Rusiyanın Uman bölgəsindəki yəhudilər üçün xüsusi dini və mədəni əhəmiyyətə malik olan mülki insanların ölümü ilə nəticələnən raket hücumundan sonra bu çətin saatda Ukrayna xalqının yanındayıq", - səfir bildirib.

Qeyd edək ki, Rusiyanın Umanda yaşayış binasını vurması nəticəsində 23 dinc sakin həlak olub.

Milli.Az


Etiketlər:  İsraildən Rusiyanın raket hücumuna reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ