Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2023 22:50
"Əgər Rusiya kapitulyasiyaya razıdırsa, Ukrayna danışıqlara başlamağa hazırdır".
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tərəfdaşlar sülh məsələsini müzakirə etmirlər: "Çünki onlar yaxşı bilirlər ki, Ukrayna Rusiyanın hazırkı hakimiyyəti ilə danışmayacaq. Bununla belə, Rusiyanın kapitulyasiyası və təzminatların ödənilməsi ilə bağlı müzakirələr mümkündür".
O.Reznikov həmçinin bildirib ki, Ukrayna əks-hücum əməliyyatına başlamağa hazırdır: "Müdafiəçilərimiz bunun üçün müvafiq qərarı və əlverişli hava şəraitini gözləyir".
Qeyd edək ki, daha əvvəl Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenki Ukraynanın aprel-may aylarında əks-hücum əməliyyatına başlayacağını bildirmişdi.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.