Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rejissor qaçırıldı

Rejissor qaçırıldı

Tarix: 28 Aprel 2023 23:30

İsveç vətəndaşı Ulf Bilger Erlingsson Şimali Santander inzibati bölgəsindəki Tibu qəsəbəsində ELN üzvləri tərəfindən qaçırılıb.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, ELN sənədli film rejissoru və jurnalist Erlinqssonu qaçırdıqlarını təsdiqləyərək onun martın 1-də sui-qəsd və casusluq ittihamı ilə oğurlandığını bildirib.

İsveç rəsmiləri, Ombudsman Aparatı və Katolik Kilsəsinin onlara müraciət etdiyini qeyd edən ELN, Erlinqssonun müəyyən müddətdən sonra sərbəst buraxılacağını açıqlayıb.

Kolumbiya hökuməti ilə ELN nümayəndələri arasında danışıqların üçüncü raundunun Kubanın ev sahibliyi ilə mayın 2-də başlayacağı gözlənilir.


Etiketlər:  Rejissor qaçırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ