Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2023 07:48
Bu həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində sülh danışıqlarına ev sahibliyi edirik.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken sosial şəbəkə hesabında yazıb.
"Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır", - o bildirib.
Qeyd edək ki, Bayramov və Mirzoyanın danışıqları bir neçə gün davam etdirəcəyi barədə məlumat yayılmışdı.