Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zərdabda avtomat satmaq istəyən Bakı şəhər sakini saxlanılıb - FOTO

Zərdabda avtomat satmaq istəyən Bakı şəhər sakini saxlanılıb - FOTO

Tarix: 2 May 2023 17:12

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində odlu silah satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Cəfərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun əlində olan idman çantasına keçirilən baxış zamanı atəşə yararlı bir ədəd "AK-74" markalı avtomat, həmin silaha məxsus bir ədəd sandıqça və 25 ədəd patron aşkar edilərək götürülüb.

Dindirilmə zamanı R.Cəfərov silahı bir müddət əvvəl Bakı şəhəri ərazisindən tapdığını və satmaq niyyəti ilə Zərdab rayonuna gətirdiyini bildirib.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Aşkar edilən silahın hər hansı bir cinayət hadisəsində istifadə olunub-olunmadığı araşdırılır.

Milli.Az


Etiketlər:  Zərdabda avtomat satmaq istəyən Bakı şəhər sakini saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ