Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu əraziyə içməli suyun verilişi dayandırılıb

Bu əraziyə içməli suyun verilişi dayandırılıb

Tarix: 2 May 2023 21:42

Biləsuvar şəhərinə içməli suyun verilişi müvəqqəti dayandırılıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Azərsu" ASC-nin 3 saylı Regional Su Kanal idarəsinin Biləsuvar sahəsindən məlumat verilib.

Məlumata görə, Hacıqabul rayonunda yerləşən və Biləsuvar şəhərini içməli su ilə təmin edən sutəmizləyici qurğuda yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar sabah günün birinci yarısınadək 5 100 abonentin yaşadığı Biləsuvar şəhərinə içməli suyun verilişi müvəqqəti olaraq dayandırılır.

Milli.Az


Etiketlər:  Bu əraziyə içməli suyun verilişi dayandırılıb


RƏYLƏR