Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2023 08:10
Böyük Britaniya hökuməti Ukraynaya "Apaçi" hücum helikopterlərini tədarük etməyəcək, eyni zamanda, 100-300 km mənzilli raketləri Ukrayna Silahlı Qüvvələrinə ötürmək imkanı axtarır.
Sonxeber.net APA-ya istinadən, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndələrinin ölkə parlamenti üzvlərinin suallarına çərşənbə axşamı dərc olunmuş yazılı cavablarında deyilir.
Müdafiə nazirinin müavini Annabel Qoldi, "Hökumətin hazırda Apaçi helikopterlərini Ukraynaya ötürmək planları yoxdur" deyib.