Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baydenin oğlu ödədiyi alimentin məbləğindən şikayətləndi: “Olduqca kasıbam...” - FOTO

Baydenin oğlu ödədiyi alimentin məbləğindən şikayətləndi: “Olduqca kasıbam...” - FOTO

Tarix: 3 May 2023 11:20

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden dörd yaşlı qızına ödədiyi alimentin çox olduğunu iddia edib.

O, bu alimenti ödəmək gücündə olmadığını deyib və özünü çox kasıb adlandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, iki saat davam edən növbədənkənar məhkəmə iclasında vəkil Ebbi Louell bildirib ki, Hanter Bayden hər ay 20 min dollar aliment ödəyir və indiyə qədər o, Lunden Robertsə - Arkanzasdan olan dörd yaşlı qızının anasına 750 min dollar verib. Qeyd edilir ki, Ebbi Louell ABŞ-də ən yüksək məvacib alan vəkillərdən biridir. Məhkəmə iclası isə Amerika liderinin oğlunun aylıq ödənişlərin azaldılması tələbindən sonra çağırılıb.

Dinləmələr zamanı ABŞ prezidentinin oğlunun vəkilləri vurğulayıblar ki, onun yeganə gəliri Nyu-York qalereyasında sənət əsərlərinin satışından gələn faizlərdir.

Buna cavab olaraq məhkəmə Baydendən investisiya fəaliyyəti, sənət əsərlərinin satışı və digər maliyyə əməliyyatları ilə bağlı əlavə yazılı suallara cavab verməsini tələb edib.

Milli.Az


Etiketlər:  Baydenin oğlu ödədiyi alimentin məbləğindən şikayətləndi Olduqca kasıbam FOTO


RƏYLƏR