Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2023 23:06
Ədviyyat kimi də geniş istifadə edilən acı bibərin fizioloji və farmakoloji təsirləri genişdir. Öd əmələ gəlməsini stimullaşdıran acı bibər xolesterinin orqanizmdən xaric olması üçün vacib olan öd turşularının istehsalını da artırır.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Dilem İrkin Koçan bildirib ki, acı bibər istehlakı maddələr mübadiləsini sürətləndirir.
Onun sözlərinə görə, acı bibərin lifli quruluşu, acı təsiri bağırsaqları işlədir və qəbizliyin qarşısını alır:
"Acı bibər maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamaq istəyən insanlar bundan daha çox istehlak edir. Amma həddindən artıq istehlakdan qaçınmaq lazımdır. Acı bibəri gündə iki dəfə yemək kifayətdir. Əks təqdirdə mədə problemlərinə səbəb ola bilər".