Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2023 08:22
Fransanın Konstitusiya Şurası pensiya islahatına dair referendumun keçirilməsi təklifini ikinci dəfə rədd edib.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, Şuradan verilən açıqlamada, təklif edilən referendumun konstitusiyada müəyyən edilmiş hüquqi meyarlara cavab vermədiyi bildirilib.
Xatırladaq ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını ehtiva edən pensiya islahatı qanunu aprelin 15-də prezident Emmanuel Makron tərəfindən imzalanıb və qanuna çevrilib.
Məlumat üçün qeyd edək ki, ötən günlərdə qanun layihəsinə etiraz edən vətəndaşlar Fransanın paytaxtı Parisdə zibil qutularını və Renn şəhərində polis bölməsinin girişi yandıraraq etiraz aksiyaları keçirib.